Mehmet Şoll zədə səbəbindən xəstəxanalıq olur. Əməliyyat filan, uzun müddət futboldan uzaq qalacaqdı. "Bavariya"ya lazım olmadığını düşündüyü anda qapı döyülür, palataya daxil olan Uli Höness elə ordaca 2 illik müqavilə təklif edir, həm də Şollun həmin 2 il ərzində oynamayacağını bilə-bilə...
İllər sonra Şolldan soruşurlar: Yenidən dünyaya gəlsən, nə olmaq istərdin?
Cavab: Uli Hönessin iti.